Yazını böyüt
Yazını kiçilt
“Vətən müharibəsində qələbəmiz çox parlaq bir qələbədir”.
Hafta.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Nazir deyib ki, 30 illik işğala 44 gündə son qoyulub:
“Düşmənin vəhşiliklərinin üstü indi açılıb. O ərazilər insanları məhv etmək üçün minalanıb, hər yeri dağıdıblar. Əgər bu torpaqlar sizindirsə, niyə dağıntılar törədirdiniz? Bu, onların xislətini göstərir”.
Nazir vurğulayıb ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqlik səviyyəsi aşağıdır.